"6 milyon uşaq mənfi təsir alıb" - UNİCEF

16:00 - 18 Sentyabr 2024

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) Cənub-Şərqi Asiya ölkələrini vuran Yagi qasırğasının yaratdığı fəlakətlərdən 6 milyona yaxın uşağın mənfi təsirləndiyini bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

UNİCEF-in Şərqi Asiya və Sakit Okean regional direktoru June Kunugi Yaqinin Vyetnam, Myanma, Laos və Taylanddakı təsirləri ilə bağlı yazılı açıqlama verib. 

Kunugi bildirib ki, Yagi tayfunundan sonra qalan dağıntıların ən ağır nəticələri ilə üzləşənlər uşaqlar və onların ailələri olub.

Yaqinin bu il Asiyanı vuran ən güclü tayfun olduğunu qeyd edən Kunugi, tayfunun səbəb olduğu fəlakətlərdən təxminən 6 milyon uşağın mənfi təsirləndiyini ifadə edib.

Hazırrda əksəriyyəti Vyetnamda olmaqla 850-dən çox məktəb və 550-dən çox sağlamlıq mərkəzinin zərər gördüyü məlumdur.

Qeyd edək ki, qasırğadan zərər çəkmiş uşaqların və ailələrin kritik ehtiyaclarını ödəmək üçün ilkin olaraq 15 milyon dollara ehtiyac olduğu təxmin edilir.

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin