Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
15:40 - 18 Sentyabr 2024
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tver vilayətinin Toropets şəhərində rus ordusuna məxsus sursat anbarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum sentyabrın 17-dən 18-nə keçən gecə baş verib.
Hücum zamanı Rusiya Federasiyası Müdafiə Nazirliyinə aid silah-sursat anbarının məhv edildiyi iddia edilir.
Məsələ ilə bağlı sosial media paylaşımlarında Toropetsdə böyük partlayışların baş verdiyi və partlayışların hələ də davam etdiyi görülüb.
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko verdiyi yazılı açıqlamada Toropetsdəki böyük sursat anbarında Rusiya ordusuna məxsus raketlərin olduğunu bildirib.
Kovalenko “İskəndər” sistemi üçün ballistik raketlərin də burada istehsal edildiyini iddia edərək, Rusiyanın Şimali Koreyadan aldığı KN-23 raketlərini bu anbarda saxlamağa başladığını vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin