"Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil"- Paşinyan

13:40 - 18 Sentyabr 2024

Ermənistanın Baş naziri Nikol Paşinyan BRİKS-in Kazanda keçiriləcək sammitində iştirak edəcək, lakin respublika hakimiyyəti hələlik bu təşkilatın sıralarına daxil olmaq imkanlarını nəzərdən keçirmir.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Paşinyan bu fikirləri 2-ci Erməni Qlobal Sammitində çıxışı zamanı söyləyib.

Həmin çıxışı sizə təqdim edirik:

“Hazırda bizim BRİKS-ə inteqrasiya ilə bağlı gündəmimiz yoxdur, mən Rusiya Federasiyasının Prezidentindən, Vladimir Putindən oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün dəvət aldım və onu qəbul etdim. Lakin həmin təşkilata qoşulmaq niyyətimiz yoxdur”.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin