Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
21 Dekabr 2024
11:58 - 18 Sentyabr 2024
Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası nikotinsiz məhsullar da daxil olmaqla mövcud siqaret qadağalarını açıq ərazilərə də tətbiq etməyi planlaşdırır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təklif olunan layihə sağlamlıq riskləri ilə bağlı artan narahatlıqları əks etdirir və ictimai yerləri bütün aerozollardan (tüstü, duman və spreylər), eləcə də siqaret tüstüsündən təmizləmək məqsədi daşıyır.
Təlimatlar hüquqi cəhətdən məcburi olmasa da, əsasən xərçəngin qarşısının alınması üzrə geniş səylərinin bir hissəsi kimi təqdim olunur.
Yeni qaydalara əsasən, restoran və kafe kimi xidmət obyektləri ilə əlaqəli açıq və ya yarı açıq yerlər; çardaqlar, eyvanlar və terraslar tüstüdən azad zonalara çevriləcək.
Bundan əlavə, avtobus dayanacaqları və hava limanlarında da tütündən istifadə qadağan ediləcək. Həmçinin uşaqların olduğu ərazilər, əyləncə parkları və təhsil müəssisələri də yeni qaydalarla qorunacaq.
Qeyd edək ki, yeni qaydalar 2040-cı ilə qədər “tütündən azad nəsil” yaratmağı və 2025-ci ilə qədər tütündən istifadəni 30 faiz azaltmağı hədəfləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin