İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
11:45 - 18 Sentyabr 2024
Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Manset.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb.
Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.
Vulkan Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin