Bakıda motosiklet piyadanı vurdu

23:05 - 17 Sentyabr 2024

Bakıda motosiklet piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Ağayev Cəmil Fərman oğlu yolu keçərkən onu motosiklet vurub.

Piyada ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin