İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
01:30 - 18 Sentyabr 2024
“Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyahlar - Karl Buşbi və Anjela Maksvel Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçiblər.
Manset.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri qarşılayıblar.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin