“Sabah” İsveç klubuna uduzdu - Çempionlar Liqası

01:00 - 18 Sentyabr 2024

“Sabah” İsveç klubuna uduzdu - Çempionlar Liqası

Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edən "Sabah" komandası bu gün ilk oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, son ölkə çempionu 1/4 finalda İsveçin "Norçeppinq" kollektivini sınağa çəkib. Türkiyənin Antalya şəhərində keçirilən matç rəqibin 71:75 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Sabah" Çempionlar Liqasında mübarizəni dayandırıb. Klub yoluna FİBA Avropa Kubokunda davam edəcək.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin