Gürcüstanın 10-cu çağırış parlamenti öz işini başa çatdırdı

17:38 - 17 Sentyabr 2024

Gürcüstanın 10-cu çağırış parlamenti öz işini başa çatdırdı

Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulduğundan, 10-cu çağırış Gürcüstan parlamenti öz işini başa çatdırıb

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın qanunvericilik orqanının spikeri Giorgi Kaxiani plenar iclas zamanı məlumat verib.

"Bilirsiniz ki, parlament seçkilərinə bir ay qalmış parlamentin iclasları keçirilmir, əlbəttə lazım gələrsə, parlament yenidən toplaşa bilər, amma çox güman ki, bu gün çağırış parlamentin son iclasıdır bitdi, sizə uğurlar arzulayıram". 

Qeyd edək ki, Gürcüstan Konstitusiyasına görə, seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini elan etdikdən sonra yeni parlament toplaşacaq.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin