ŞOK GÖRÜNTÜLƏR! Təyyarəmizi vuran raketin qalığı TAPILDI - VİDEO
26 Dekabr 2024
17:34 - 17 Sentyabr 2024
Almaniya Xarici İşlər Nazirliyi qış dövründə Ukraynanın energetika sektorunu dəstəkləmək üçün Kiyevə 100 milyon avro (190 milyon manat) məbləğində əlavə yardım ayırdığını açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində dərc etdiyi bəyanatda deyilir:
“Almaniya qışda Ukraynaya enerji təchizatı üçün əlavə 100 milyon avro ayırır”.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Ukrayna böhranının həlli üçün diplomatik səyləri gücləndirməyə çağırıb. O qeyd edib ki, böhranın həlli üçün növbəti konfransda Rusiya iştirak etməlidir.
Almaniya ABŞ-dən sonra Ukraynaya ikinci ən böyük hərbi yardım tədarükçüsüdür. Bununla belə, Almaniya hökuməti böhranla bağlı ictimai yorğunluq səbəbindən təzyiqlə üzləşir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin