Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
21 Sentyabr 2024
17:06 - 17 Sentyabr 2024
Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan Narin Güranın boğularaq öldürüldüyü məlum olub.
Manset.az xəbər verir ki, İstanbul Ədliyyə Tibb Qurumunun hesabatına görə, Narin boğularaq öldürülüb.
Türkiyə telekanallarının birində canlı yayımda məsələ ilə bağlı açıqlama verən professor Mehmet Görgülü bildirib ki, bədənin xarab olmasına baxmayaraq, 19 gündən sonra boynun ön hissəsində, çənənin sol tərəfindəki əzələ qruplarında və döş sümüyünün yerləşdiyi bölgədə qanaxmaların aşkarlanmasını çox əhəmiyyətli göstəricilərdir.
"Bu bizə Narinin boğularaq öldürüldüyünü göstərir. Ağız və burunda tıxanma olsaydı, ekspertiza zamanı qanaxmaya bənzər bölgələri görmək mümkün olmazdı. Cəsəd üzərində aparılan təcrübələr onun boğularaq öldürüldüyünü göstərir. İlkin nəticələrə görə əməli törədən şəxs kişi cinsindəndir".
Qeyd edək ki, Narinin qətlində əsas şübhəli ailənin yaşadığı Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran olub. O, hazırda həbsdədir. Bundan əlavə hadisə ilə bağlı 20-dən çox şəxs saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin