İran və Hindistan qarşı-qarşıya gəldi - FOTO

16:39 - 17 Sentyabr 2024

İran və Hindistan qarşı-qarşıya gəldi - FOTO

İranın dini lideri Əli Xamneyinin bazar ertəsi sosial media hesabında paylaşdığı mesaj, may ayında yeni əməkdaşlıq müqaviləsi imzalayan Yeni Dehli və Tehranı bir-birinə qarşı gətirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xamenei "X" hesabında yazır:

 ​​"Myanma, Qəzza, Hindistan və ya başqa yerlərdə müsəlmanların əzab-əziyyətindən xəbərsiz olsaq, özümüzü əsl müsəlman hesab edə bilmərik".

İran və Hindistandan Xamneynin mesajına rəsmi cavab gəldi

Hindistan Xarici İşlər Nazirliyi sözügedən mesaja rəsmi açıqlama ilə cavab verib, Xamneyinin sözlərinin qəbuledilməz olduğunu bildirib və yalan məlumatların olduğunu müdafiə edib.

“Azlıqlara münasibət bildirən ölkələrə başqaları haqqında qərar verməzdən əvvəl öz qeydlərinə baxmaq tövsiyə olunur”, - bəyanatda deyilir.

Qeyd edək ki, Hind sosial media istifadəçiləri Əli Xamneyinin mesajı altında yazdıqları şərhlərdə Çinin niyə siyahıya daxil edilmədiyini soruşublar.

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin