Rusiyada fövqəlada vəziyyət elan edildi
26 Dekabr 2024
15:52 - 17 Sentyabr 2024
İranın yeni Prezidenti Məsud Pezeşkian deyib ki, əxlaq polisi bundan sonra hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, iyul ayında İranın yeni Prezidenti seçilən Pezeşkian keçirdiyi ilk mətbuat konfransında bundan sonra əxlaq polisinə özünün nəzarət edəcəyi ilə bağlı açıqlama verib.
"Əxlaq polisi qadınlara qarışmamalıdır. Mən vəziyyətə özüm nəzarət edəcəm ki, qadınları narahat etməsinlər".
İranda 22 yaşlı Məhsa Əmininin vəfatının ikinci ildönümünə təsadüf edən iclasdakı bu çıxış İran İslam Respublikasının Xəbər Şəbəkəsi də daxil olmaqla bir çox əsas telekanallarda yayımlanıb və sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, seçkilərdən əvvəl Pezeşkian hicab tələbinə nəzarət edən polislərə qarşı çıxacağını vəd etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin