İran 2 milyon əfqan vətəndaşını deportasiya edir

15:00 - 17 Sentyabr 2024

İran 2 milyon əfqan vətəndaşını deportasiya edir

Ölkədən qeyri-qanuni vətəndaşları göndərməyə hazırlaşan İran 2025-ci ilin mart ayına qədər təxminən 2 milyon insanı deportasiya edəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Tehran administrasiyası ölkədə qalmaq icazəsi olmayanları ölkədən xaric edəcək.

Hazırda İranda 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni miqrantdır.

Xatırladaq ki, Sovet İttifaqının 1979-cu ildə Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan axını ABŞ-nin işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir.

 
 
 
 
 
 
 
 
 

Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin