Qəzaya düşən təyyarəmizin kim tərəfindən vurulduğu MÜƏYYƏNLƏŞDİ
26 Dekabr 2024
14:47 - 17 Sentyabr 2024
“Facebook” və “İnstagram”ın sahibi olan “Meta” bildirib ki, xarici müdaxilə fəaliyyətləri nümayiş etdirdiyi üçün bəzi Rusiya KİV-lərinə öz platformalarından istifadə etməyi qadağan edib.
Manset.az bu barədə xarici mediya istinadən xəbər verir.
Məlumata görə, "Rossiya Seqodnya” xəbər agentliyi və "RT" dövlət kanalı da bu siyahıya daxil edilib.
Bəyanatın mətnində deyilir:
"Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media orqanlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya", "RT" və onların filiallarına xarici müdaxilə fəaliyyətlərinə görə tətbiqlərimiz qlobal şəkildə qadağan edilib".
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi bəyanatda Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən "RT"ni noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin