COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
11:08 - 17 Sentyabr 2024
Azərbaycanın Əməkdar artisti Elza Seyidcahanın təhqirlərlə dolu son şeiri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, sakinlərin əksəriyyəti bildiriblər ki, Əməkdar artist belə şeirlər yazdığı üçün Yazıçılar Birliyindən çıxarılmalıdır. "Elza şeir yaza bilmir. Onun yazdığı şeirlərdən xəbəri yoxdur. Onun söyüşlü sözləri bizə yaraşmaz", - deyə paytaxt sakini qeyd edib.
Mövzu ilə bağlı Elza Seyidcahanla əlaqə saxlanılıb. O, ilk olaraq müsahibə verəcəyini desə də, daha sonra bundan imtina edib.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev açıqlama verməkdən imtina edib və məzuniyyətdə olduğunu bildirib.
Mövzu ilə bağlı süjeti təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin