Bakının əsas prospektlərindən biri bağlandı

09:53 - 17 Sentyabr 2024

Bakının əsas prospektlərindən biri bağlandı

8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin