Elman Paşayev saxlanıldı

09:23 - 17 Sentyabr 2024

Elman Paşayev saxlanıldı

Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.

Bildirilir ki, E.Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb. 

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib. 

Bildirilib ki, sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən bu məsələ ilə bağlı külli miqdarda pul alıb. 

Xatırladaq ki, Elman Paşayev cari ilin aprelində Ukrayna müharibəsində yaralanmışdı.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin