Niderland mətbuatı “Qarabağ”dan yazdı

22:12 - 16 Sentyabr 2024

Niderland mətbuatı “Qarabağ”dan yazdı

Niderland mətbautı Avropa Liqasının əsas mərhələsində “Ayaks”ın rəqiblərindən olan “Qarabağ” haqda yazı dərc ediblər.

 

Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, “Voetbal International” nəşri Azərbaycan çempionunun heyətindən yazıb.

Niderlandlı həmkarlarımız əsasən "Qarabağ"ın legionerlərini, həmçin Toral Bayramovun adını xüsusi qeyd edib:

"Qarabağ"ın 13 müxtəlif ölkədən futbolçuları var. Bu komanda start heyətində daha çox braziliyalıların xidmətindən istifadə edir, nəinki azərbaycanlıların. Azərbaycan komandasının Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo”ya (3:0, 2:0) uduzsa da, “Qarabağ” müdafiədən hücuma kifayət qədər effektiv keçən komandadır. Komandanın ən məşhur futbolçusu əlcəzairli Yassin Benziadır.

Uzun və gözəl futbol səyahətindən sonra Benzia indi Azərbaycan klubunda oynayır. Ötən mövsüm komandanın ölkə çempionatında bombardiri olmuş Juninyonu da vurğulamaq yerinə düşərdi. Sol cinah müdafiəçisi Toral Bayramov da son mövsümdə 15 qol vuraraq təsiredici rolunu göstərib".

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin