Mehriban Əliyeva Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım etdi - VİDEO
19 Sentyabr 2024
17:05 - 16 Sentyabr 2024
İran Prezidenti Məsud Pezeşkian Tehranda jurnalistlərin suallarını cavablandırıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Pezeşkian İran və Türkiyə münasibətlərinə böyük əhəmiyyət verdiklərini və bu yaxınlarda Türkiyəyə səfər edəcəyini vurğulayıb:
"Türkiyə İran xəttindən istifadə edərək Əfqanıstan, Pakistan və Türkmənistana rahatlıqla səfər edə bilər".
Daha sonra İran prezidenti bəyan edib ki, Vaşinqton administrasiyası düşmən münasibətindən əl çəkərsə, ABŞ ilə birbaşa danışıqlar apara bilər.
Həmçinin Pezeşkiyan Yəməndə husilərin İsrailə qarşı atdığı raketlərin İran tərəfindən göndərilməsi ilə bağlı iddiaları təkzib edərək, bu raketlərin onlarda olmadığını iddia edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin