Sabirabad və Füzulidə yeni məktəb binaları istifadəyə verildi - FOTOLAR

19:59 - 16 Sentyabr 2024

Sabirabad və Füzulidə yeni məktəb binaları istifadəyə verildi - FOTOLAR

Sentyabrın 16-da Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.

 

Elm və Təhsil Nazirliyindən Manset.az-a bildirilib ki, tədbirdə Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış ediblər. Çıxış edənlər dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə təhsil keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasından, kadr potensialının gücləndirilməsindən söz açıblar.

Qeyd edək ki, məktəb 132 şagird yerlikdir. Ümumilikdə 1.65 hektar ərazini əhatə edən məktəb 10 sinif, 1 məktəbəhazırlıq, 3 laboratoriya, 2 əmək, 1 informatika, 1 hərbi hazırlıq otağı, 80 nəfərlik akt zalı ilə şagirdlərin ixtiyarına verilib.

***

Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbin yeni inşa olunmuş binasının açılış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildiriblər.

Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yenidən tikilmiş məktəb binası 528 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.



Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin