"BBC"nin keçmiş aparıcısı cəzalandırıldı

18:09 - 16 Sentyabr 2024

Uşaq istismarı görüntüləri aşkarlanan "BBC"nin keçmiş aparıcısı 63 yaşlı Huw Edvardsın məhkəməsi keçirilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

2023-cü ilin noyabrında saxlanılan və mühakimə olunan keçmiş "BBC" xəbər spikeri Huw Edwards, uyğun olmayan uşaq fotoşəkilləri və videolarına sahib olduğunu etiraf etdikdən sonra yenidən hakim qarşısına çıxarılıb.

Məlumata görə, o, 6 ay həbs cəzasına məhkum edilib, lakin onun cəzası iki il müddətinə təxirə salınıb.

Bu o deməkdir ki, Edwards, iki il ərzində başqa bir cinayət törətməzsə həbs olunmayacaq.

 

Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin