Almaniyada baş verən yanğında türk vətəndaşları həyatını itirdi

17:37 - 16 Sentyabr 2024

Almaniyada baş verən yanğında türk vətəndaşları həyatını itirdi

Xarici İşlər Nazirliyi Almaniyanın Ebersvalde şəhərində baş verən yanğında 2 Türkiyə vətəndaşının həyatını itirdiyini açıqlayıb.

 

Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, Ebersvaldin mərkəzində 3 mərtəbəli binanın həm iş, həm də yaşayış yerində yanğın baş verib, 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ölənlərin türk ana və onun 5 yaşlı oğlu olduğu öyrənilib.

Binanın birinci mərtəbəsində dönərxananın olduğu və yanğının başvermə səbəbinin məlum olmadığı bildirilib.

Polis yanğınla bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

 

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin