Ukraynada meşə yandı - 411 canlı qüvvə və 67 texnika cəlb olundu

17:27 - 16 Sentyabr 2024

Ukraynada meşə yandı - 411 canlı qüvvə və 67 texnika cəlb olundu

Ukraynanın Poltava vilayətində meşə yanğını baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, yanğın 680 hektar ərazini əhatə edib.

Hazırda təxminən 70 hektar sahədə quru bitki örtüyü və meşə zibilləri yanır. Xilasedicilər Poltava-Kobelyaki elektrik qatarının 57 sərnişinini təxliyyə ediblər. Zərərçəkmiş fərdi ev və tikililərin sayı isə müəyyənləşdirilir.

Məsələ ilə bağlı Ukrayna Fövqəladə Hallar Nazirliyindən açıqlama verilib:

“Xilasetmə qrupları Poltava vilayətində genişmiqyaslı meşə yanğınını söndürməyə davam edir. Yanğının əhatə etdiyi ümumi ərazi təxminən 680 hektardır. Yanğının söndürülməsinə ümumilikdə 411 canlı qüvvə və 67 texnika cəlb olunub”.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin