"Black Friday" nə zaman başlayır?

17:19 - 16 Sentyabr 2024

Hər il alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi "Black Friday" yaxınlaşır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, həmin tarixdə mağazalar növbəti dəfə xüsusi endirimlər təqdim edəcək.

"Black Friday" satışları adətən 24 saat davam edir. Lakin artan tələbat səbəbindən bir çox mağazalarda kampaniya müddəti uzadılır və endirimlər 3-4 gün uzana bilir.

2024-cü il "Black Friday" endirimləri 29 Noyabr cümə gününə planlaşdırılıb.

Qeyd edək ki, bu tarix və ondan sonrakı həftə ərzində endirim kampaniyaları olacaq.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin