Dünyanın ən yaşlı pişiyi öldü

16:00 - 16 Sentyabr 2024

Dünyanın ən yaşlı pişiyi öldü

İngiltərədə dünyanın ən yaşlı pişiyi olan Rosie 33 yaşında ölüb.

 

Manset.az bu barədə "The Sun" qəzetinə istinadən xəbər verir.

Məsələ ilə bağlı həmin pişiyin sahibi 73 yaşlı Lila Brisset açıqlama verib.

O, 1990-cı illərdə sahibləndiyi pişiyi Rozinin 33 yaşında öldüyünü bildirib. Pişiyin yaşının insan illərində 152 yaşa bərabər olduğu bildirilib.

Rosienin sahibi öz pişiyinin rəsmi olaraq bu titulu alması üçün Ginnesə müraciət etməyib.

Ginnesin Rekordlar Kitabına görə, İngiltərədən olan 28 yaşlı Flossie dünyanın ən yaşlı pişiyi adına sahibdir.

Qeyd edək ki, daha əvvəl dünyanın ən yaşlı pişiyi kimi Ginnesin Rekordlar Kitabına düşən Creme Puff adlı pişik 38 il yaşamışdır.

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin