Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
15:54 - 16 Sentyabr 2024
Avstriya, Rumıniya, Çexiya və Polşada "Boris" fırtınasının səbəb olduğu şiddətli yağıntılar nəticəsində ölənlərin sayı artıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, "Boris" qasırğasının səbəb olduğu güclü yağış Mərkəzi və Şərqi Avropada daşqınlara səbəb olub.
Üç gündür davam edən fırtına nəticəsində həyatını itirənlərin sayının 10 nəfərə çatıb.
Çaylarda suların artması nəticəsində baş verən daşqınlar səbəbindən Çexiyada ən azı 10 min 500 nəfərin evlərindən təxliyə edildiyi bildirilib. Məsələ ilə bağlı ölkənin şimal-şərqindəki Krnov şəhərinin merinin müavini Miroslav Binar açıqlama verib:
“Bizim hesablamalarımıza görə, şəhərin 70-80 faizi su altındadır. Paytaxt Praqanın təxminən 235 kilometr şərqindəki Lipova-lazne kəndi yaxınlığında çaya düşən avtomobildə olan 3 nəfərin axtarışları davam edir".
Polşanın Baş naziri Donald Tusk ölkənin cənubu və cənub-qərbini vuran "Boris" qasırğası səbəbindən təbii fəlakət elan edib. Dünən Klodzko və Bielsko Biala şəhərlərində 2 nəfər ölüb. Bu gün verilən açıqlamada Nysa rayonunda daha bir nəfərin cansız cəsədinin tapıldığı bildirilib.
Avstriyada isə xilasetmə işlərində iştirak edən yanğınsöndürən ölüb. Bütün Aşağı Avstriya əyaləti fəlakət bölgəsi elan edilərkən, bir çox qatar hərəkəti dayandırılıb, Vyana metrosunun bəzi hissələri bağlanıb, magistral yol su altında qalıb.
Rumıniyada 14 sentyabr 6 nəfərin öldüyü açıqlanıb. Səlahiyyətlilər ölkənin cənub-şərqindəki Qalati bölgəsindəki Slobozia Conachi kəndində 700 evin su altında qaldığını açıqlayıb. Daşqından ən çox zərər çəkən Qalatıda təxminən 5400 evə ziyan dəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin