Jurnalist övladları da I sinfə getdilər - FOTOLAR

12:08 - 16 Sentyabr 2024

Jurnalist övladları da I sinfə getdilər - FOTOLAR

Yeni - 2024-2025-ci dərs ili başladı. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, bu il respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 132 261 uşaq I sinfə qədəm qoyub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu gün ilk dəfə təhsil ocağına qədəm qoyan uşaqlar arasında jurnalist övladları da var. 

İlk dəfə məktəb həyatına qədəm qoyan jurnalist övladları kimlərdi…

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu oğlunu ilk dəfə I sinfə aparıb.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin oğlu Əzizin bu gün I sinfə getdiyi barədə xəbəri sosial şəbəkədə paylaşıb.

Tanınmış jurnalist Pərvanə İbrahimovanın qızı Nihan İbrahimli I sində 111 saylı məktəbdə gedib.

Manşet.az xəbər portalının təsisçi və baş redaktoru Əli Vəliyev qızı Rənanın timsalında bürün birinciləri təbrik edib.

"Azxəbər.com" saytının rəhbəri Hacıbəy Heydərlinin qızı da biliki birincilər sırasındadır.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdilinin oğlu da bu gün I sinifdə əyləşib.

Vəkillər Kollegiyasının mətbuat katibi İsmayıl Nəsiblinin qızı bu gün ilk dəfə məktəbin qapısını açan birincilərdən olub.

"Qaynarinfo.az" saytının əməkdaşı Qafqaz Rafiqoğlu qızının ilk məktəb günü ilə bağlı həmkarlarından təbriklər alıb.

Jurnalist Məhəbbət Orucov nəvəsi Əkbərin I sinfə getməyinin sevincini sosial şəbəkədə bölüşüb.

Tanınmış jurnalist İlqar Əlfioğlu da bu gün məktəbə yollanıb, digər həmkarlarımızdan fərqli olaraq o, nəvəsini I sinfə aparıb.

Jurnalist Valeh Dadaşovun oğlu Fateh də məktəbli olub.

"Ölkə.az" saytının məsul redaktoru Samir Mirzə və "Bizimyol.az saytının" əməkdaşı Leyla Mirzə cütlüyünün oğlu Ümid bu gün I sinfə qədəm qoymaqla valideynlərini sevindirib.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin