Sumqayıtda yol qəzası - Xəsarət alan var

08:45 - 16 Sentyabr 2024

Sumqayıtda yol qəzası - Xəsarət alan var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, “Lexus” markalı avtomobilin aşması nəticəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. ‎


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin