İranın xarici işlər nazirinə yeni müavin təyin edildi

08:31 - 16 Sentyabr 2024

İranın xarici işlər nazirinə yeni müavin təyin edildi

Kazım Qəribabadi xarici işlər nazirinin müavini təyin edilib.

 

Manset.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

İran xarici işlər naziri Abbas Araqçı Kazım Qəribabadini hüquq və beynəlxalq məsələlər üzrə müavini təyin edib.

Qəribabadi bundan əvvəl beynəlxalq məsələlər üzrə rəis müavini, məhkəmə hakimiyyətinin rəhbəri və insan haqları baş katibi, İran İslam Respublikasının Niderlanddakı səfiri və Haaqada yerləşən beynəlxalq təşkilatlar yanında daimi səfir və nümayəndəsi, Vyanada Beynəlxalq Təşkilatlarda nüvə məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Xarici işlər nazirinin keçmiş hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi isə müşavir vəzifəsinə təyin edilib.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin