Fransa Prezidentinin köməkçisi azadlıqdan məhrum edildi

18:43 - 5 Noyabr 2021

Fransa Prezidentinin köməkçisi azadlıqdan məhrum edildi

Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının keçmiş əməkdaşı Aleksandr Bennall iki ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum olunub.

Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, E.Makronun keçmiş köməkçisi 2018-ci ilin mayında Fransada etiraz aksiyasının iştirakçılarına güc tətbiq etməkdə ittiham olunub. O, 2018-ci il mayın 1-də yürüş iştirakçısı olan gənc qadınla kobud davranıb, onun başına bir neçə zərbə vurduqdan sonra aradan çıxıb.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin