Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

22:55 - 15 Sentyabr 2024

Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.

 

Manset.az xəbər verrir ki, hadisə ilə bağlı Trampın seçki qərargahı açıqlama yayıb:

“Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizlikdədir”.

Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, o, 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin