"Zirə" qələbə qazandı - Azərbaycan Premyer Liqası

20:00 - 15 Sentyabr 2024

Azərbaycan Premyer Liqasında VI turunda evdə “Neftçi” klubu ilə qarşılaşan “Zirə” qələbə qazanıb.

 

Manset.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Salifu Suma (1) və Rafael Utziq (60) vurub.

Qeyd edək ki, turun son qarşılaşması bu gün Bank Respublika Arenada “Sabah” və “Turan Tovuz” komandaları arasında keçiriləcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşmaya saat 20:30-da start veriləcək.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin