"Arsenal" minimal hesabla "Tottenhem"i məğlub etdi

19:27 - 15 Sentyabr 2024

Bu gün İngiltərə Premyer Liqasında dördüncü turun görüşlərinə yekun vurulub.

 

Manset.az xəbər verir ki, günün ən maraqlı qarşılaşmasında "Tottenhem" "Arsenal"ı qəbul edib.

Qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.

İlk hissədə komandalar qol vura bilməyiblər. 64-cü dəqiqədə braziliyalı müdafiəçi Qabriel Maqalyans "Arsenal"ı hesabda önə keçirib. Matçın gedişində hakim 8 sarı vərəqə göstərib.

Bu qələbədən sonra "Arsenal" 10 xal toplayıb. Mikel Artetanın yetirmələri ikinci yerə yüksəliblər. "Tottenhem" 4 xalla 13-cü pillədə qalıb.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin