Qəbiristanlıq ərazisində yanğın baş verdi

18:18 - 15 Sentyabr 2024

Qəbiristanlıq ərazisində yanğın baş verdi

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yanğın qeydə alınıb.

 

Manset.az Azərtac-a istinadən xəbər verir ki, yanğın kənd qəbiristanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin 4 yanğın söndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin