"Yarış çox həyəcanlı keçdi" - Formula 2 qalibi

14:48 - 15 Sentyabr 2024

Bakıdakı Qran-Pri çox həyəcanlı keçdi.

 

Manset.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi olan “Trident” komandasının pilotu Rixard Versxor mətbuat konfransında deyib.

İyirmi dörd yaşlı niderlandlı sürücü nəticəyə görə çox xoşbəxt olduğunu qeyd edərək bildirib: "Nəhayət finişə hamıdan tez çataraq əsas yarışın qalibi oldum. Çox yaxşı yarış idi. Düzünü desəm, ikinci yeri tutan “ART Qrand Priks”in sürücüsü Viktor Martinin bolidi trasda ən sürətlisi idi. Amma yarışın sonlarına yaxın məni liderlikdə saxlaya biləcək bir neçə keyfiyyətli dövrə vura bildim. Buna görə çox şadam. Ümid edirəm ki, növbəti illərdə də bu uğuru təkrarlaya biləcəyəm".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış bu gün saat 15:00-da başlayacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin