Xaçmazda maşın səkiyə çırpıldı - Ölən və yaralanan var

13:45 - 15 Sentyabr 2024

Xaçmazda maşın səkiyə çırpıldı - Ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı səkiyə çırpıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov dünyasını dəyişib.

Avtomobildə olan digər şəxs, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin