Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
23:09 - 14 Sentyabr 2024
Latviyada taekvondo üzrə Riqa açıq birinciliyi keçirilib. G-1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.
Manset.az xəbər verir ki, gənclərdən ibarət komanda “Riqa Open”i 13 medalla başa vurub.
Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (51 kq), Fuad Məhərləmli (55 kq) və Elcan Əliyev (78 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) yarışda ikinci yeri tutublar.
Digər taekvondoçularımızdan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (59 kq), Harun Salmanzadə (51 kq), Ziya Həsənli (59 kq), Hüseyn Xudiyev (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, komanda Bakıya sentyabrın 16-da qayıdacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin