"Qarabağ" qələbə qazandı

21:18 - 14 Sentyabr 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" qələbə qazanıb.

 

Manset.az xəbər verir ki, "Azərsun Arena"da "Səbail"ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.

"Köhlən atlar"ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Turun ikinci görüşündə isə "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin