Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR + VİDEO

20:21 - 14 Sentyabr 2024

Bakının işğaldan azad olunmasının 106-cı ildönümü qeyd edildi — FOTOLAR + VİDEO

Azərbaycan Türkiyə Evi, Azərbaycan Türk Qadınlar Birliyi və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə “Nuru paşanın komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Türkiyə Evi, Azərbaycan Türk Qadınlar Birliyi və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyəli qonaqlar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk Qadınlar Birliyinin sədri Aydan Rüstəmxanlı qonaqları salamlayaraq, Bakının Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu tərəfindən erməni-rus işğalından azad olunmasını böyük tarixi-siyasi hadisə kimi dəyərləndirib.

O, Azərbaycanda bu mühüm hadisənin ildönümünün geniş şəkildə qeyd olunmasını şərəfli bir yol adlandırıb. ATQB sədrinin müavini xüsusi vurğulayıb ki, əgər Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını azad etməsəydi, o zaman Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təşəkkülündən də danışmaq mümkün olmazdı: “Bu qələbə Azərbaycan və Türkiyənin hər zaman birgə addım atmasının vacibliyini bir daha göstərdi”.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu çıxışında T.Rüstəmxanlıya təşəkkür edib. O bildirib ki, Biz bir millət iki dövlətin nümayəndələri olaraq ən zor günlərimizdə bir birimizin yanında olmuşuq. Mən Tənzilə xanıma bizə illərdir ki, göstərdiyi münasibətə görə təşəkkürümü bildirirəm. Bizim Azərbaycana hər zaman səfər edəcəyimiz vaxt qapısını döyəcəyimiz ATEV olub. Biz həmişə Bakıya çatan kimi ilk görüşəcəyimiz şəxs də T.Rüstəmxanlıdır. Biz bundan sonra da birlikdə türk birliyi, türk xalqlarının mədəniyyətinin inkişafı üçün çoxlu işlər görəcəyik. Qarşıda bizi birlikdə üzərində işləyəcəyimiz çoxlu layihələr gözləyir”.

Çıxış edən ATEV-in sədr müavini, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, İstanbul İSTAD qadınlar birliyinin sədri Nebahat Ayrım, ATQB sədrinin müavini Ülviyyə Allahverdiyeva, İSTAD sədr müavini Muharrem Yalçın, çıxışlarında Bakının işğaldan azad olunmasının tarixi-siyasi əhəmiyyətini müxtəlif aspektlərdən qiymətləndiriblər.

 

Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Azərbaycanın Qafqaz İslam Ordusu və Nuru Paşaya vəfa borcunu onların xatirəsinin əbədiləşdirilməsi ilə ödəyə biləcəyini deyib:

“Qafqaz İslam Ordusu adına görə “İslam ordusu” adlandırılsa da, onu formalaşdırıb Azərbaycana göndərən Turan ideyasının daşıyıcısı və bu əqidə uğrunda şəhid olan Ənvər Paşanın timsalında türklük həmrəyliyi idi. 15 sentyabr çox önəmli gündür və biz Azərbaycan türkləri olaraq, bunu unutmamalıyıq.

Mən Səfər bəylə söhbətlərimdə də hər zaman qeyd edirəm ki, Bakının və Azərbaycanın digər ərazilərini rus-erməni işğalından azad edən, bu savaşda çox sayda şəhid verən Nuru Paşa və Qafqaz İslam Ordusunu Azərbaycan hər zaman unutmayıb və unutmayacaq”.

Tədbirin sonunda xatirə şəkili çəkilib.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin