Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
20:02 - 14 Sentyabr 2024
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əmək haqqı 1704 manat təşkil edib.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, dövlət sektorunda bu göstərici 1496 manat, özəl sektorda isə 1855 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əmək haqqı 12,5%, o cümlədən dövlət sektorunda 16,3%, özəl sektorunda isə 9,7% artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı avqustun 1-nə 33,7 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,7% çoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin