Türkiyə bu ölkələrlə hərbi əməkdaşlığı GÜCLƏNDİRİR

20:16 - 14 Sentyabr 2024

Türkiyə bu ölkələrlə hərbi əməkdaşlığı GÜCLƏNDİRİR

Türkiyə ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq güclənəcək.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının sədri Denis Beciroviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər görüş zamanı bu məsələ barədə geniş fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan, həmçinin söyləyib ki, yaxın vaxtlarda Türkiyə vətəndaşlarının Bosniya və Herseqovinaya şəxsiyyət vəsiqəsi ilə səyahəti mümkün olacaq.

Türkiyə lideri, həmçinin ikitərəfli ticarət həcminin ilin sonuna qədər 1 milyard dollara çatacağına inamını ifadə edib.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin