Türkiyədə 2 yaşlı qızına təcavüz edilən anadan qorxunc etiraf: "Ört-basdır etdim"

13:06 - 14 Sentyabr 2024

Türkiyədə 2 yaşlı qızına təcavüz edilən anadan qorxunc etiraf:

Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda 2 yaşlı körpə qız uşağının döyülərək cinsi istismara məruz qalması ilə bağlı istintaq davam edir. Sentyabrın 5-də baş verən hadisə ilə bağlı aparılan istintaq çərçivəsində bəzi təfərrüat ortaya çıxıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ana bədənində zərbə izləri olan 2 yaşlı qızı Sılanı hadisədən 3 gün sonra xəstəxanaya aparıb. Sılanı müayinə edən həkim körpənin cinsiyyət nahiyəsində qançırlar görüb və vəziyyəti polisə bildirib, bundan sonra araşdırmalara başlanılıb.

Beyin qanaması şübhəsi ilə digər xəstəxanaya köçürülən və beyin əməliyyatı edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin stabil, lakin ciddi olduğu bildirilir.

İstintaq çərçivəsində həbs edilən ana B.Y.-nin prokurorluğa verdiyi ifadədə qorxunc faktlar ortaya çıxıb.

Onun sözlərinə görə, qonşuları onları axşam yeməyinə dəvət edib. Qadın daha sonra qızını qonşuda qoyaraq evə qayıtdığını və gecə saatlarında gedib götürdüyünü deyib. Uşağı çimizdirən zaman bezində qan ləkələri görüb və qızına təcavüz edildiyini başa düşüb. Lakin heç kim bundan xəbər tutmasın deyə vəziyyəti ört-basdır edib.

Hadisə ilə bağlı körpənin anası və qonşunun uşaqları da daxil olmaqla, 5 nəfər həbs olunub. Ananın digər 5 yaşlı qızı isə dövlətin qoruması altına alınıb.

 


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin