Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
16:32 - 5 Noyabr 2021
Küllü miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan məmurlar həbs olunsa da, qəfil ölüm bir çoxlarını məhkumluq həyatından “xilas” edir.
Məsələn, bu gün onkoloji xəstəlikdən vəfat edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov kimi.
Vəzifə cinayətlərinə görə məsuliyyətə cəlb edilən V.Muradov dövlət büdcəsindən “Azərxalça”ya ayrılan milyonlarla manat vəsaiti mənimsəməkdə təqsirləndirilirdi.
Onun məhkəməsi hələ yekunlaşmamışdı.
Bundan əvvəl də belə hadisələrin baş verdiyini nəzərə alsaq, onda maraqlı bir sual yaranır: ölümün “xilas” etdiyi sabiq məmurların mənimsədikləri milyonlar dövlətə necə qaytarılacaq?
Manset.az xəbər verir ki, Modern.az-ın bu sualına cavab verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, cinayət yolu ilə əldə olunmuş əmlaklar təbii ki, müsadirə predmetidir.
“Təqsirləndirilən şəxs dünyasını dəyişdikdə dövlətə vurduğu zərərin ödənilməsi ona məxsus əmlaklardan əldə olunan gəlirlər vaistəsilə həyata keçirilir. Bəzi hallarda onun varisləri də bu zərərin ödənilməsinin subyekti ola bilərlər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin