Sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB

17:24 - 14 Sentyabr 2024

Sıralama turunun qalibi bəlli oldu - YENİLƏNİB

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.

 

Manset.az xəbər verir ki, yarışda 10 komanda mübarizə aparıb. Ən yaxşı nəticəyə "Ferrari"nin monakolu pilotu Şarl Lekler imza atıb.

"McLaren"in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncü olub.

Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

16:50

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen liderliyi ələ keçirib.

Manset.az xəbər verir ki, bu, ikinci sessiyadan sonra baş verib.

11-15-ci sıralardakı daha beş sürücü mübarizəni dayandırıb.

Bunlar Oliver Berman ("Haas"), Yuki Tsunoda (RB), Pyer Qasli ("Alpin"), Niko Hulkenberq ("Haas") və Lans Strolldur ("Aston Martin")

16:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Manset.az xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" pilotu Şarl Lekler birinci olub.

Bu gün üçüncü sərbəst yürüşdə "Mercedes"dən Corc Rassell ən yaxşı nəticə göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

15:32

Formula 2 sprint yarışın qalibi müəyyənləşib.

Manset.az xəbər verir ki, “AIX Racing” komandasından Coşua Dürksen birinci olub.

14:22

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Manset.az xəbər verir ki, mübarizəyə saat 14:15-də start veriliib.

Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.

13:45

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Manset.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncüdür.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler fərqləniblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

***

12:31

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə start verilib.

 

Manset.az xəbər verir ki, yürüşdə 10 komanda birincilik uğrunda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"nin monakolu sürücüsü Şarl Lekler qalib olublar.

Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.


***

09:17

Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Ardınca "Formula-2"də sprint yarışı keçiriləcək.

Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.

Azərbaycan Qran-prisi: İkinci günün proqramı

14 sentyabr

12:30. "Formula-1": Üçüncü sərbəst yürüş

14:15. "Formula-2": Sprint yarışı

16:00. "Formula-1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin