"Qarabağ" azarkeşləri üçün səfər matçının biletlərinin qiyməti açıqlandı - UEFA Avropa Liqası

23:47 - 13 Sentyabr 2024

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenham" (İngiltərə) - “Qarabağ” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletin qiyməti açıqlanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, “Tottenham Hotspur Stadium"da baş tutacaq oyunun biletinin qiyməti 80 AZN təşkil edir.

Qarşılaşmanı izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən tərəfdarlar üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir.

Qeyd edək ki, "Tottenham " - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin