ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olundu - FOTOLAR

23:29 - 13 Sentyabr 2024

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olundu - FOTOLAR

Sentyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni tədris ilinə hazırlıqla bağlı cari vəziyyət müzakirə olunub.

 

Manset.az xəbər verir ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun, universitetin prorektorları, fakültə dekanları və kafedra müdirlərinin iştirakı ilə keçirilən iclasda 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti geniş müzakirə olunub, icra olunmuş uğurlu məsələlərlə bərabər, görüləcək işlər və perspektivlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. 

2024/2025-ci tədris ilində ADNSU-ya qəbulun yüksək səviyyədə olduğunu qeyd edən dosent Vazeh Əskərov iclas iştirakçılarının diqqətinə çatdırıb ki, həyatlarının ən önəmli pilləsini – ali təhsil mərhələsini etimad göstərib ADNSU-dan başlayan gənclərin ümidlərini yüksək səviyyədə doğrultmaq tələb olunur. Bunun üçün də universitet olaraq komanda şəklində çalışmalı, hər kəs qarşısında duran vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirməlidir.

Fakültə dekanları və kafedra müdirləri ayrı-ayrı ixtisaslar üzrə tədrisə hazırlığın vəziyyəti, dərs yüklərinin bölgüsü, professor-müəllim heyətinə yeni alimlərin cəlb edilməsi istiqamətində aparılmış işlər barədə məlumat veriblər. 

Müzakirələrin sonunda rektor əvəzi Vazeh Əskərov 2024/2025-ci tədris ilinə hazırlıq prosesinin əsasən qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, ADNSU-nun milli tədqiqat universitetinə çevrilməsi prosesinin daha səmərəli şəkildə davam etdirilməsi zərurətini vurğulayıb. O, təhsilə və elmə göstərilən yüksək dövlət qayğısının universitetin istər professor-müəllim, istərsə də inzibati heyətində çalışan hər bir əməkdaşının üzərinə ciddi məsuliyyət qoyduğunu nəzərə çatdırıb. Dosent Vazeh Əskərov ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, həmçinin müasir çağırışlara uyğun yeniliklərin operativ qaydada tədris prosesində tətbiqi istiqamətində təklif və göstərişlərini verib, konkret hədəfləri bir daha diqqətə çatdırıb. 



Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin