Şəkidə minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

20:34 - 13 Sentyabr 2024

Şəkidə minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

 

Manset.az xəbər verir ki, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.

1967-ci il təvəllüdlü Eldar Əfsər oğlu Umarova məxsus “Ford” markalı 90-SZ-288 dövlət qeydiyyat nişanlı minik avtomobillə 1992-ci il təvəllüdlü Bəxtiyar Elşad oğlu Rəhimliyə məxsus "Toyota" markalı 77-MO-427 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir nəfər sərnişin (cinsi kişi) “Toyota” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişin hadisə yerinə cəlb edilmiş Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Şəki kəndi ərazisindən keçən hissəsində Bəxtiyar Rəhimlinin idarə etdiyi “Toyota” markalı avtomobillə Eldar Umarovun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və “Toyota”dakı sərnişin Əli Hüseyn xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin