Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmadı

18:52 - 13 Sentyabr 2024

Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmadı

64 nəfər məktəb direktorunun yeni tədris ilində müqaviləsi uzadılmayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində nəzarət tədbirləri davam etdirilir:

“Belə ki, çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib.

Nəticədə ölkə üzrə ümumilikdə 64 nəfər məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir”.


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin