Britaniya Rusiyanın casusluq ittihamlarını rədd etdi

16:57 - 13 Sentyabr 2024

Britaniya Rusiyanın casusluq ittihamlarını rədd etdi

Rusiya altı britaniyalı diplomatın casusluqda şübhəli bilinərək akkreditasiyasını ləğv etdikdən sonra Britaniya casusluq ittihamlarının "tamamilə əsassız" olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İngilis personalına qarşı irəli sürdüyü ittihamların "tamamilə əsassız" olduğunu bildirib.

Sözçü, "Rusiya hökuməti Rusiyanın Avropa və Böyük Britaniyadakı fəaliyyətlərinə qarşı Britaniya hökumətinin gördüyü tədbirlərə uyğun olaraq, keçən ay 6 Britaniya diplomatının Rusiyadakı diplomatik akkreditasiyasını ləğv etdi. Milli maraqlarımızı qoruduğumuz üçün üzr istəmirik" dedi.

 


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin